Almaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq

Energetika
  • 09 oktyabr, 2026
  • 20:25
Almaniya ehtiyatlardan 15 milyon barelə qədər yanacaq və neft buraxacaq

Almaniya yanacaq qıtlığını yumşaltmaq və enerji daşıyıcılarının qiymətlərinin kəskin artımının qarşısını almaq üçün fövqəladə ehtiyatlardan 15 milyon barelə qədər dizel və soba yanacağı, eləcə də xam neft buraxacaq.

"Report" yerli mediaya istinadən xəbər verir ki, bu barədə Almaniyanın iqtisadiyyat naziri Katerina Rayhe bildirib.

Bu, Yaxın Şərqdəki eskalasiyanın və Rusiya-Ukrayna münaqişəsinin nəticələri fonunda G7 tərəfindən dəstəklənən təşəbbüsə Avropa ölkələri arasında ən böyük töhfə olacaq.

"Əvvəlcə dizel və soba yanacağı, sonra isə xam neft buraxılacaq", - Rayhe bildirib və əlavə edib ki, Almaniya G7 razılaşmalarını tam həcmdə yerinə yetirəcək.

Beynəlxalq Enerji Agentliyi (IEA) oktyabrın 7-də fövqəladə ehtiyatlardan 100 milyon barelə yaxın neft və neft məhsullarının sürətləndirilmiş qaydada buraxılmasını razılaşdırıb. Nəqliyyat, kənd təsərrüfatı və sənaye üçün mühüm əhəmiyyət daşıyan dizel yanacağına üstünlük veriləcək.

44 - Tezliklə