Azərbaycan Basketbol Liqası: "Naxçıvan" "Sumqayıt"ı məğlub edib

Komanda
  • 09 oktyabr, 2026
  • 21:13
Azərbaycan Basketbol Liqası: Naxçıvan Sumqayıtı məğlub edib

Azərbaycan Basketbol Liqasında II tura start verilib.

"Report"un məlumatına görə, günün yeganə oyununda "Sumqayıt" "Naxçıvan"ı qəbul edib.

Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 87:76.

Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq. Turun "Sabah" - "Gəncə" görüşü təxirə salınıb.

44 - Tezliklə