Biləsuvarda 11 yaşlı yeniyetməni motosikl vurub

Hadisə
  • 04 dekabr, 2017
  • 14:58
Biləsuvarda 11 yaşlı yeniyetməni motosikl vurub
Foto: Report.az

Biləsuvar. 4 dekabr. REPORT.AZ/ Biləsuvar rayonunda 11 yaşlı yeniyetməni motosikl vurub. 

"Report"un Aran bürosunun məlumatına görə, hadisə rayonun Bəydilli kəndində qeydə alınıb. 

Belə ki, Biləsuvar rayonunun Xırmandalı kənd sakini, 2006-cı il təvəllüdlü Elcan Emin oğlu Heydərovu motosikl vurub. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.