Biləsuvar sakini Salyanda bıçaqlanıb
Hadisə
- 05 may, 2016
- 03:42
Bakı. 05 may. REPORT. AZ / Salyanda bıçaqlanma hadisəsi baş verib. “Report” xəbər verir ki, hadisə Salyan şəhəri Tale Davudzadə küçəsində qeydə alınıb.
Belə ki, Biləsuvar rayonunun Ovçudərə kənd sakini, 27 yaşlı Samir Ziyafət oğlu Əliyev həmin ünvanda yaşayan bibisigilə qonaq gəlib. Axşam saatlarında naməlum şəxs tərəfindən sağ və sol kürək nahiyəsindən, sol körpücük altından 3 bıçaq zərbəsi alıb. Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
O, cərrahiyyə şöbəsinə qaldırılaraq əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Son xəbərlər
02:11
"The Telegraph": Almaniya Britaniyanın "Trident" nüvə sisteminə yatırım etmək niyyətindədir
Digər ölkələr01:36
UEFA Çempionlar Liqası: əsas mərhələnin bütün iştirakçıları müəyyənləşib
Futbol01:23
WP: Konqodakı son epidemiya tarixdə ən böyük ebola epidemiyası ola bilər
Digər ölkələr00:53
Foto
"Fənərbağça" 18 ildən sonra Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlib
Futbol00:38
Yaponiya sahillərində güclü zəlzələ baş verib
Digər ölkələr00:13
"Bloomberg": ABŞ-nin müttəfiqləri Hörmüz boğazında hələ də mina olduğunu bildirirlər
Digər ölkələr23:48
Madyar: "Pakş" AES maksimum enerji istehsalı səviyyəsinə çatıb
Digər ölkələr23:33
Zelenski Ukraynaya dəstəyə görə Azərbaycana təşəkkür edib
Digər ölkələr23:12