Baş direktor: "İmişlidə zəlzələnin episentrinin dərində olması güclü dağıntının qarşısını aldı"

Hadisə
  • 02 avqust, 2016
  • 08:44
Baş direktor: İmişlidə zəlzələnin episentrinin dərində olması güclü dağıntının qarşısını aldı

Bakı. 2 avqust. REPORT.AZ/ "Avqustun 1-də İmişlidə baş verən zəlzələ güclü zəlzələ idi, sadəcə onun episentrinin dərində olması güclü dağıntının qarşısını aldı".

"Report" xəbər verir ki, bunu Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli avqustun 1-də İmişlidə baş verən zəlzələ ilə bağlı keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, zəlzələ nə qədər dərində olsa, onun hiss edilmə arealı daha geniş olur: "Dünən baş verən zəlzələ də bir neçə ətraf rayonlarda 4 bal gücündə hiss olundu. Zəlzələdən sonra isə bir neçə afterşok qeydə alınıb".

Baş direktor zəlzələnin səbəbləri barədə danışarkən vurğulayıb ki, İmişlidə baş verən zəlzələnin Kür uzunu və Qəbələ-İmişli dərinlik qırılmaları nəticəsində yaranıb.

Qeyd edək ki, dünən İmişli rayonunda iki zəlzələ baş verib. Zəlzələnin maqnitudası 5.6, dərinliyi 28 km, ikinci zəlzələnin maqnitudası 3.9, dərinliyi 22 km olub.

44 - Tezliklə