Balakən sakini sükan arxasında insult keçirərək qəza törətməsi nəticəsində ölüb

Hadisə
  • 24 iyul, 2017
  • 08:33
Balakən sakini sükan arxasında insult keçirərək qəza törətməsi nəticəsində ölüb

Bakı. 24 iyul. REPORT.AZ/ Balakən sakini sükan arxasında insult keçirərək qəza törətməsi nəticəsində ölüb.

“Report” Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, iyulun 23-də saat 15 radələrində Balakən rayonunun Sarıbulaq kəndi ərazisində rayon sakini Məhəmməd Bağdatov “VAZ-2107” markalı avtomobili idarə edərkən insult keçirdiyindən avtomobili yolun kənarındakı beton maneəyə vurub. Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.    

44 - Tezliklə