Bakıdan Ağstafaya qonaq gedən qadın bıçaqlanıb - YENİLƏNİB

Hadisə
  • 28 iyun, 2018
  • 12:11
Bakıdan Ağstafaya qonaq gedən qadın bıçaqlanıb - YENİLƏNİB

Ağstafa. 28 iyun. REPORT.AZ/ Ağstafa rayonunda 33 yaşlı qadın bıçaqlanıb. 

"Report"un Qərb bürosu xəbər verir ki, Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Şəhla Fərman qızı Mustafayeva qarın nahiyəsindən bıçaq xəsarəti alıb.

Onun Bakıdan Ağstafaya qonaq gəldiyi bildirilir.


*** 15:05

Ağstafa rayonunda bıçaqlanma olub.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Soyuqbulaq kəndində baş verib.

İlkin məlumatlara görə, orta yaşlı qadın bıçaqlanıb. Xəstəxanaya çatdırılan yaralının vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.