Dünya çempionatı: Kənan Nəsibov 1/4 finala yükəlib - YENİLƏNİB
- 10 oktyabr, 2026
- 14:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında 1/4 finala yükəlib.
"Report"un məlumatına görə, o, 1/8 finalda Ukrayna təmsilçisi Yakiv Xammonu məğlub edib.
K.Nəsibov növbəti mərhələdə Azərbaycanın digər təmsilçisi Uşanqi Kokauri ilə üz-üzə gələcək.
Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medal qazanıblar.
Azərbaycan cüdoçusu Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında ilk qələbəsini qazanıb.
"Report"un məlumatına görə, o, 1/16 finalda Losseni Koneni (Almaniya) məğlub edib.
K.Nəsibov 1/8 finalda Ukrayna təmsilçisi Yakiv Xammo ilə üz-üzə gələcək.