Bakıda yolu keçmək istəyən piyadanı motosiklet vurub

Hadisə
  • 05 may, 2017
  • 04:28
Bakıda yolu keçmək istəyən piyadanı motosiklet vurub

Bakı. 5 may. REPORT.AZ/ Bakının Nərimanov rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, Əhməd Rəcəb küçəsində yolu keçmək istəyən 1955-ci il təvəllüdlü, Bayramov İlham Bayram oğlunu motosiklet vurub.

Nəticədə ağır xəsarət alan İ.Bayramov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

44 - Tezliklə