Bakıda yeniyetmə qız özünü avtomobilin altına atıb

Hadisə
  • 22 dekabr, 2021
  • 04:45
Bakıda yeniyetmə qız özünü avtomobilin altına atıb

Bakıda intihara cəhd hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. Azadlıq prospektində 2007-ci il təvəllüdlü Şükürlü Nəzrin Fanil qızı özünü hərəkətdə olan avtomobilin qarşısına atıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bəbənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.