Bakıda vəzifə saxtakarlığına görə axtarışa verilmiş şəxs saxlanılıb

Hadisə
  • 01 aprel, 2016
  • 10:33
Bakıda vəzifə saxtakarlığına görə axtarışa verilmiş şəxs saxlanılıb

Bakı. 1 aprel. REPORT.AZ/ Bakıda vəzifə saxtakarlığına görə axtarışda olan şəxs saxlanılıb.

"Report"un xəbərinə görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Əliş Qaçay oğlu Vəliyev Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313-cü (vəzifə saxtakarlığı) və 32-ci (cinayət iştirakçılığı) maddələri ilə ittiham olunub.

Bu il yanvarın 27-dən axtarışda olan Ə.Vəliyev hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində mart ayında saxlanılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.

44 - Tezliklə