Bakıda tanışını öldürməyə cəhddə təqsirləndirilən şəxsə hökm oxunub
- 08 may, 2023
- 13:55
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakının Sabunçu rayonunda tanışını öldürməyə cəhddə təqsirləndirilən Tərlan Qafarova hökm oxunub və o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
"Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.
Qeyd edək ki, hadisə ötən il oktyabrında paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Tərlan Qafarovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1984-cü il təvəllüdlü Vüsalə Əliyevaya bıçaqla 12 xəsarət yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Tərlan Qafarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.