Bakıda qadın əmisi oğlu tərəfindən bıçaqlanıb
Hadisə
- 08 dekabr, 2014
- 05:43
Bakı. 8 dekabr. REPORT.AZ/ Bakıda bıçaqlanma hadisəsi olub. "Report"un məlumatına görə, Binəqədi rayonu Cəfər Cabbarlı küçəsində qeydə alınan hadisə zamanı 1990-cı il təvəllüdlü Hüseynova Əminə Xəlil qızı naməlum şəraitdə bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Binəqədi Rayon Polis İdarəsində aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, Ə.Hüseynova Biləsuvar rayon sakinidir və Bakıda bıçaqlandığı ünvanın yaxınlığında kirayədə yaşayır. Zərərçəkən hadisə günü öz doğma əmisi oğlu tərəfindən bıçaqlandığını bildirib. Hazırda polislər Ə.Hüseynovanı bıçaqlayan şəxsin axtarışlarını davam etdirir.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Son xəbərlər
15:25
"Biletim.az" portalının funksionallığı artırılıb
İnfrastruktur15:25
Hazırda küləkli hava müşahidə olunur - FAKTİKİ HAVA
Ekologiya15:22
"Embafinans" BOKT-un istiqrazlarına 50 investor maraq göstərib
Maliyyə15:21
1300-dən çox işləyən şəxsin pensiyası yenidən hesablanaraq artırılıb
Sosial müdafiə15:20
Foto
Lənkəranda yaşayış evi yanıb
Hadisə15:17
"Bulla-dəniz" yatağında növbəti quyunun qazma və tamamlama işləri başa çatıb
Energetika15:14
Tusk: Rusiyanın raketini vurmağa hazır idik
Digər ölkələr15:06
57 kq narkotik vasitə və 1981 psixotrop həb dövriyyədən çıxarılıb
Hadisə15:04