Hazırda küləkli hava müşahidə olunur - FAKTİKİ HAVA

Ekologiya
  • 30 iyul, 2026
  • 15:25
Hazırda küləkli hava müşahidə olunur - FAKTİKİ HAVA

Hazırda Azərbaycanın bəzi yerlərində küləkli hava şəraiti müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 30-u saat 15:00-a olan məlumatında qeyd edilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin maksimal sürəti 17, Goranboyda cənub-qərb küləyinin maksimal sürəti 19, Naftalanda isə 18 m/s təşkil edir.