Bakıda narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- 21 sentyabr, 2018
- 11:38
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 21 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Xəzər rayon Polis idarəsinin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Türkan qəsəbəsində narkotik maddələrin satışı ilə məşğul olan Zəhvər Nəsirov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Report”a bildirilib ki, onun yaşadığı evə baxış keçirilən zaman 1 kiloqram 083 qram narkotik vasitə olan qurudulmuş marixuana, həmçinin 1,034 qram metamfetamin aşkar olunaraq götürülüb. Z.Nəsirov ifadəsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.