Bakıda "Mercedes" yanıb

Hadisə
  • 10 iyul, 2015
  • 23:01
Bakıda Mercedes yanıb

Bakı. 11 iyul. REPORT.AZ/ Bakıda minik avtomobili yanıb. “Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. 

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:23-də söndürülüb.