Yaponiyada kimya zavodunda iki işçi huşsuz vəziyyətdə aşkarlanıb

Digər ölkələr
  • 22 avqust, 2026
  • 19:14
Yaponiyada kimya zavodunda iki işçi huşsuz vəziyyətdə aşkarlanıb

Yaponiyanın Yasu şəhərindəki "Light Chemical Industry" (Yüngül Kimya Sənayesi) kimya zavodunda təxminən iki metr dərinliyində qazanı cilalayan iki işçi huşsuz vəziyyətdə aşkarlanıb.

"Report"un xəbərinə görə, bu barədə Yaponiya mediası məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə qazanda oksigen səviyyəsinin aşağı olması səbəbindən baş verib və işçilər huşlarını itirib. Onlar xəstəxanaya aparılıb.

Polis və yanğınsöndürmə xidməti hadisənin səbəbini araşdırır.

Əlavə məlumat verilmir.