Bakıda mənzildən 56 yaşlı qadının meyiti tapılıb

Hadisə
  • 18 iyul, 2018
  • 08:52
Bakıda mənzildən 56 yaşlı qadının meyiti tapılıb

Bakı. 18 iyul. REPORT.AZ/ Bakıda mənzildən meyit tapılıb.

FHN-dən “Report”a bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Quliyeva Sevinc Süleyman qızının cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Qadının ölümününün səbəbləri araşdırılır.