Rəşad Eyubov: "Şotlandiya ilə oyunda yeddi dəqiqə ərzində konsentrasiyanı itirdik"

Futbol
  • 01 oktyabr, 2026
  • 16:02
Rəşad Eyubov: Şotlandiya ilə oyunda yeddi dəqiqə ərzində konsentrasiyanı itirdik
Rəşad Eyyubov

Azərbaycanın U-21 millisi Şotlandiya ilə oyunda yeddi dəqiqə ərzində konsentrasiyanı itirib.

Bu barədə "Report"a komandanın baş məşqçisi Rəşad Eyubov açıqlama verib.

33 yaşlı mütəxəssis Avropa çempionatının seçmə mərhələsində səfərdə 2:5 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:

"Ümumilikdə oyun yaxşı keçdi. Sadəcə, yeddi dəqiqə ərzində konsentrasiyanı itirdik. Mən futbolçulardan və məşqçi heyətindən razıyam".

R.Eyubov səhvləri düzəltməyə çalışacaqlarını söyləyib:

"Amma realist olmalıyıq. Belə oyunlara yalnız taktiki və mental olaraq hazır olmaq kifayət deyil. Yaxşı oyun ritmində qalmaq və yüksək tempə hazır olmaq çox vacibdir. Fərdi səhvlərimizi düzəltmək üçün gücümüz var. İndi bərpa keçib növbəti qarşılaşmaya hazırlaşacağıq".

Xatırladaq ki, U-21 millisi oktyabrın 6-da Bakıda Cəbəllütariqi qəbul edəcək.

44 filmi