Abas Quliyev: "MB-24000" yüksək enerjili lazer sistemi 24 kilovat gücə malikdir
- 01 oktyabr, 2026
- 15:57
Yeniliklərdən dərhal xəbərdar olun!
"MB-24000" yüksək enerjili lazer sistemi 24 kilovat gücə malikdir və 300 metr ilə 4 kilometr arasında təsirli işləmə məsafəsinə sahibdir.
"Report"un məlumatına görə, bunu "Azərsilah" ASC-nin tərkibində fəaliyyət göstərən "Zireh" MMC-nin rəhbəri Abas Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, "MB-24000" yüksək enerjili lazer sistemi yüksəklikdə və yüksək sürətlə hərəkət edən hava hədəflərinin aşkarlanması, izlənilməsi və zərərsizləşdirilməsi məqsədilə hazırlanıb:
"Ssistemin radar vasitəsilə hədəfləri aşkarlama məsafəsi 8 kilometrə çatır. Süni intellekt əsaslı avtomatik izləmə texnologiyası ilə təchiz olunan kompleks gündüz və termal kameralarla da işləyir. Bu sistemin təxminən 3-4 kilometr məsafədə kiçik hədəflərin aşkarlanması və zərərsizləşdirilməsi üzrə sınaqları keçirilib".