Bakıda mənzildə 38 yaşlı kişinin meyiti tapılıb

Hadisə
  • 30 aprel, 2017
  • 14:16
Bakıda mənzildə 38 yaşlı kişinin meyiti tapılıb

Bakı. 30 aprel. REPORT.AZ/ Bakının Binəqədi rayonunda mənzildə 1 nəfərin meyiti tapılıb.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1979-cu il təvəllüdlü Məmmədov Müslüm Tahir oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.