Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Energetika
  • 04 noyabr, 2026
  • 02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq

Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Yasamal, Nizami və Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarələrinin (RETSİ), həmçinin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazilərində bu gün təmir və yenidənqurma işləri aparılacaq.

"Report" xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Yasamalda Transformator Məntəqəsində (TM) görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, İbrahim Əbilov, Murtuza Muxtarov, Zərgərpalan, küçələri, Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Nizami rayonunda TM-də təmir-təftiş işləri icra edilərkən Tofiq Abbasov 15 ünvanında saat 10:00-dan 14:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.

Biləcəri ETSİ ərazisində 35/6 kV-luq 93 saylı yarımstansiyadan çıxan 6 kV-luq "Aşağı Sulutəpə" hava xətti üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri zamanı planlı fasilə saat 10:00-dan 16:00-dək Binəqədi rayonu Sulutəpə qəsəbəsinin bəzi yerlərini əhatə edəcək.

Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində yerləşən Abşeron RETSİ-nin bir sıra yaşayış sahələrində də enerjinin verilişi məhdudlaşdırılacaq. Belə ki, 110/35/10 kV-luq "Masazır" yarımstansiyasından çıxan 10 kV-luq hava xəttinin yuvasında yerinə yetiriləcək təmir işləri ilə əlaqədar Heydər Əliyev, Zərifə Əliyeva, Babək, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Cəfər Cabbarlı, Əliağa Vahid, Afiq Əbdülhüseynov, Nazim Həsənov, Hamlet Həşimov küçələrinin müəyyən ərazilərində saat 10:00-dan 14:00-dək fasilə olacaq. Həmçinin 35 kV-luq "Qobu" hava xəttindən qidalanan TM və KTM-lərin təmit-təftiş işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək Qobu qəsəbəsinin bir hissəsi müvəqqəti olaraq gərginliksiz qalacaq.

İşlər həm də elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılmasına, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edəcək.