Bakıda mağazaya basqın olub
Hadisə
- 24 noyabr, 2022
- 07:40
Bakıda mağazaya basqın olub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə noyabrın 23-də saat 7 radələrində Binəqədi qəsəbəsi ərazisindəki marketlərdən birinə gələn şəxsin oradakı iki satıcını bıçaqla hədələyib quldurluq yolu ilə pul və ərzaq məhsulları talaması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dələduzluğa və soyğunçuluğa görə məhkum olunmuş Ramin Mirzəyev müəyyən edilərək saxlanılıb.
Fakt üzrə Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
10:38
İlham Əliyev TDT Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
Digər10:37
Yaponiyadan Azərbaycana gətirilən dəniz duzunda uyğunsuzluq aşkarlanıb
Sağlamlıq10:35
Azərbaycanda dəmir yolu ilə yükdaşımaların həcmi 12 milyon tondan çox olub
İnfrastruktur10:34
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 5 %-ə yaxın artıb
Energetika10:32
"Liverpul" Trend Aleksander-Arnoldu geri qaytarmaq imkanını nəzərdən keçirir
Futbol10:31
Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin 5-ci toplantısı keçirilir
Xarici siyasət10:22
Bakı-Tbilisi-Ərzurum kəməri ilə 8 ayda 15 milyard kubmetrdən çox qaz nəql edilib
Energetika10:22
Azərbaycanda yük daşımaları təxminən 3 % artıb
İnfrastruktur10:15