BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 5 %-ə yaxın artıb

Energetika
  • 17 sentyabr, 2026
  • 10:34
BTC kəməri ilə nəql edilən tranzit neftinin həcmi 5 %-ə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 16 milyon 746 min ton neft nəql edilib.

"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin ilk 8 ayının göstəricisinə nisbətən 8,8 % azdır.

Ötən dövr ərzində nəqletmənin 76,6 %-i BTC kəməri ilə həyata keçirilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,9 %-ni və ya 13 milyon 717,4 min tonunu Azərbaycanda hasil edilən neft, 18,1 %-ini və ya 3 milyon 028,5 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bu dövrdə BTC kəməri ilə nəql edilmiş Azərbaycan neftinin həcmi 11,3 % azalıb, Türkmənistan və Qazaxıstandan daxil olan neftin həcmi isə 4,9 % artıb.

Xatırladaq ki, hazırda BTC boru kəməri əsasən Azərbaycandan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil edilən nefti və "Şahdəniz" yatağından çıxarılan kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan və Qazaxıstan nefti nəql olunur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

44 - Tezliklə