Bakıda "London" taksisi ilə yük maşını toqquşub - FOTO
Hadisə
- 15 yanvar, 2015
- 06:03
Bakı. 15 yanvar. REPORT.AZ/ Bakının Yasamal rayonu ərazisində "London taksisi" ilə "Şaqman" markalı yük maşını toqquşub. "Report"un məlumatına görə, Natiq Babayevin idarə etdiyi "London taksisi" Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə "İnşaatçılar" prospekti istiqamətində hərəkətdə olarkən Ələsgər Ələkbərov küçəsi ilə hərəkət edən "Şaqman" onun yoluna çıxıb. Hadisə zamanı taksidə sürücüdən başqa heç kəs olmayıb. Qəza xəsarətsiz ötüşsə də, "London taksisi" yararsız hala düşüb.
Qeyd edək ki, hadisə yerinə yol polislərinin gəldiyini görən "Şaqman"ın sürücüsü oradan qaçıb. Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
03:14
Mask Texasda dünyanın ən böyük çip zavodunu quracaq
İKT02:43
ABŞ İranın blokadasından sonra 55 ticarət gəmisini yönləndirib
Digər ölkələr02:12
Fransanın çox hissəsində quraqlıq səbəbindən böhran vəziyyəti yaranıb
Digər ölkələr01:37
Britaniya Aİ ilə xidmətlər sahəsində əməkdaşlığı dərinləşdirəcək
Digər ölkələr01:02
Fransada nazir dövlət maliyyəsinin vəziyyətini "barıt çəlləyi" ilə müqayisə edib
Digər ölkələr00:21
Foto
Video
Cəlilabadda transformator partlayıb, yanğın baş verib
Hadisə00:13
Məsud Pezeşkian: İranın region ölkələri ilə münasibətləri yaxşılaşır
Region23:57
ABŞ-da qırıcılar Trampın qolf klubu üzərində təyyarələri ələ keçirib
Digər ölkələr23:34