Bakıda köməkçi tikilidə və qarajda yanğın olub, xəsarət alan var
Hadisə
- 27 oktyabr, 2024
- 18:24
Bakıda köməkçi tikilidə və qarajda yanğın olub.
“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 192 m² olan birmərtəbəli mansard tipli (1-ci mərtəbədə 1 otaq, qaraj, qazanxana və mətbəx yerləşir) köməkçi tikilinin mansardının yanar konstruksiyaları 96 m² sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 78 m² sahədə, qarajın içərisində “Volkswagen" markalı minik avtomobilinin yanar hissələri, 1 ədəd “Golf Car” avtomobili, 1 ədəd skuter və 1 ədəd generator yanıb.
Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Son xəbərlər
16:22
Zelenski Uitkoff və Kuşnerlə görüşdən sonra Avropa liderləri ilə müzakirə aparacaq
Digər ölkələr16:17
"Reuters": "Avropa üçlüyü"nün milli təhlükəsizlik üzrə müşavirləri Kiyevə gəliblər
Digər ölkələr16:01
Qətərin Baş naziri sabah Çinə səfər edəcək
Digər ölkələr15:49
Abşeron çimərliklərində sabah dəniz suyunun temperaturu 25 dərəcə olacaq
Ekologiya15:41
Tibetdə baş verən sürüşmədə ölənlərin sayı 40 nəfəri keçib
Digər ölkələr15:30
"Qalatasaray"ın futbolçusu Viktor Osimhen üç həftə yaşıl meydanlardan kənarda qalacaq
Futbol15:19
Bosniyada başlayan meşə yanğınları Xorvatiyaya keçib
Digər ölkələr15:13
Foto
Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub
Daxili siyasət14:54