Pedro Alyana Paraqvayın Prezidenti olub

Digər ölkələr
  • 07 noyabr, 2026
  • 03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub

Paraqvayın vitse-prezidenti Pedro Alyana Prezident Santyaqo Penyanın impiçmentlə vəzifəsindən uzaqlaşdırılmasından sonra yeni dövlət başçısı kimi and içib.

"Report" xəbər verir ki, mərasim Paraqvay Konqresinin senatorlar Palatasının "YouTube" kanalında yayımlanıb.

P.Alyana parlamentin hər iki palatasının deputatlarının iştirakı ilə and içib.

Bundan əvvəl Paraqvay Senatı Santyaqo Penyanı vəzifə borclarını düzgün yerinə yetirməməkdə təqsirli bilib və onu Prezident vəzifəsindən kənarlaşdırıb. Senatorlardan 44-ü bu qərarın lehinə səs verib, bir nəfər iştirak etməyib.

İmpiçment proseduru təxminən 3 milyon müştərinin hesablarını donduran "Ueno Bank" bankı ətrafındakı qalmaqal fonunda başladılıb.