ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

Digər ölkələr
  • 07 noyabr, 2026
  • 01:17
ABŞ Kanadanın İranla əlaqəli səkkiz qurumuna sanksiyalar tətbiq edib

ABŞ İranla əlaqəli sanksiyalar siyahısına Kanadada qeydiyyatdan keçmiş səkkiz qurumu əlavə edib.

"Report" xəbər verir ki, müvafiq məlumat ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc edilib.

Məlumata görə, məhdudiyyətlər valyuta mübadiləsi xidmətləri, pul köçürmələri və kriptovalyuta əməliyyatları göstərən maliyyə qurumlarına təsir göstərir.

Sanksiyalar siyahısına daxil olan səkkiz qurumun hamısı Kanadada qeydiyyatdan keçib.

Sanksiyalar bu qurumların ABŞ yurisdiksiyası altındakı aktivlərinin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin onlarla əməliyyat aparmasını qadağan etməyi nəzərdə tutur.