Bakıda kirayə qalan şəxs ev sahibi tərəfindən döyülüb

Hadisə
  • 06 aprel, 2017
  • 17:30
Bakıda kirayə qalan şəxs ev sahibi tərəfindən döyülüb

Bakı. 6 aprel. REPORT.AZ/ Bakının Yasamal rayonunda döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, Şərifzadə küçəsi, bina 182, mənzil 32-də kirayə qalan Hüseynov Hüseynağa Məmmədbağır oğlu ev sahibi tərəfindən döyülüb.

Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.