İsveç NATO-nun şərq cinahını gücləndirmək üçün Polşada "Patriot" sistemləri yerləşdirəcək

Digər ölkələr
  • 06 oktyabr, 2026
  • 18:53
İsveç NATO-nun şərq cinahını gücləndirmək üçün Polşada Patriot sistemləri yerləşdirəcək

İsveç NATO-nun şərq cinahının müdafiəsini gücləndirmək üçün Polşada "Patriot" zenit-raket kompleksi yerləşdirəcək.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə İsveçin Baş naziri Ulf Kristersson bildirib.

O vurğulayıb ki, Ukraynaya hərbi yardımın daşındığı NATO-nun logistika mərkəzini qorumaq üçün Polşaya 100-ə yaxın İsveç hərbçisi də göndəriləcək. İsveç qüvvələri Polşada Niderlandın hərbi kontingentini əvəz edəcək.

Qeyd olunub ki, "Patriot" sisteminin yerləşdirilməsinə dekabrda başlanması planlaşdırılır.

Xatırladaq ki, sentyabrda Polşa tərkibinə Ukrayna, Böyük Britaniya, Almaniya, Danimarka, Fransa, İtaliya, Niderland, Norveç, İspaniya və İsveçin daxil olduğu raket əleyhinə müdafiə koalisiyasına qoşulub.

44 - Tezliklə