Bakıda itkin düşən iki şəxsin xarici ölkələrə getdiyi məlum olub

Hadisə
  • 16 dekabr, 2014
  • 09:37
Bakıda itkin düşən iki şəxsin xarici ölkələrə getdiyi məlum olub

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakıda yaxınları tərəfindən itkin düşdüyü bildirilən iki şəxsin xarici ölkələrə getdiyi məlum olub. Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib. Belə ki, BŞBPİ Cinayət Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, dekabrın 3-də itkin düşən Nizami rayonu R.Rüstəmov küçəsində yaşayan, 1974-cü il təvəllüdlü Rasim Hüseynovun Rusiya Federasiyasının Moskva şəhərinə, dekabrın 8-də R.Teymurov küçəsində yaşayan, 1989-cu il təvəllüdlü Ələkbər Təhməzovun Türkiyə Respublikasının İstanbul şəhərinə getdiyi müəyyən olunub.