​Bakıda intihar cəhdinin qarşısı alınıb

Hadisə
  • 09 sentyabr, 2015
  • 17:49
​Bakıda intihar cəhdinin qarşısı alınıb

Bakı. 9 sentyabr. REPORT.AZ/ Axşam saatlarında Bakı şəhəri, Səbail rayonunda bir nəfər 10 mərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

"Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə FHN müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:51-də başa çatıb.