​Bakıda iki minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb

Hadisə
  • 16 dekabr, 2015
  • 04:51
​Bakıda iki minik avtomobili toqquşub, bir nəfər xəsarət alıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Gecə saatlarında Bakının Nəsimi rayonu ərazisində “VAZ” və “AzSamand” markalı iki minik avtomobili toqquşub.

"Report"xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, nəticədə, "AzSamand" markalı minik avtomobili deformasiyaya uğrayıb və 1 nəfər sərnişin sıxılmış vəziyyətdə qalıb.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq sərnişini xilas edib və aidiyyətı üzrə təhvil verib.