Azərbaycanın U-15 millisinin seleksiya oyunları keçiriləcək

Futbol
  • 24 sentyabr, 2026
  • 14:35
Azərbaycanın U-15 millisinin seleksiya oyunları keçiriləcək

Azərbaycanın U-15 milli komandasına (2012-ci il təvəllüdlü futbolçular) namizədlərin müəyyənləşdirilməsi məqsədilə növbəti seleksiya oyunları keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 25-də Bayıl Məşq Mərkəzində təşkil olunacaq toplanışda ümumilikdə 37 futbolçu iştirak edəcək və 3 seleksiya qarşılaşması baş tutacaq.

Qeyd edək ki, U-15 millisinin növbəti təlim-məşq toplanışı 27 sentyabr – 1 oktyabr tarixlərinə planlaşdırılıb. Seleksiya oyunlarında özünü göstərən futbolçular komandanın bu təlim-məşq toplanışına dəvət alacaqlar.

44 - Tezliklə