"Zirə" minifutbol üzrə Çempionlar Liqasında ilk qələbəsini qazanıb

Futbol
  • 24 sentyabr, 2026
  • 14:15
Zirə minifutbol üzrə Çempionlar Liqasında ilk qələbəsini qazanıb

"Zirə" minifutbol üzrə Çempionlar Liqasında ilk qələbəsini qazanıb.

"Report"un məlumatına görə, Seymur Məmmədovun baş məşqçi olduğu komanda G qrupunda Çexiya təmsilçisi "Hanspaulka" ilə üz-üzə gəlib.

Görüş Azərbaycan komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları İsa Atayev (22) və Samir Həmzəyev (30) rəqib qapısından keçiriblər.

Qeyd edək ki, "Zirə" ilk görüşündə Bosniya və Herseqovina təmsilçisi "Krayina" ilə heç-heçə etmişdi - 1:1.

44 filmi