Bakıda iki bacını avtomobillə vuran sürücü apellyasiya şikayəti verib
- 05 noyabr, 2018
- 05:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 noyabr. REPORT.AZ/ Bakıda ölümlə nəticələnən qəza törətməkdə təqsirləndirilən Yaqub Balaqardaşov barəsində olan hökmdən apellyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas noyabrın 7-nə təyin edilib.
Şikayət hakim İlqar Murquzovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hadisə Xəzər rayonunda baş verib. Y.Balaqardaşovun idarə etdiyi avtomobili ilə yolu keçmək istəyən 2 bacı -1970-ci il təvəllüdlü Gülnarə Əlipənahova və 1958-ci il təvəllüdlü Nənəgül Babayevanı vurub. Hadisə nəticəsində xəsarət alan hər iki qadın xəstəxanaya yerləşdirilsələr də, G.Əlipənahova orada dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Y.Balaqardaşov 7 il müddətinə azadlıqdan məhrum edilib.