Bakıda II Alman - Azərbaycan serebrovaskulyar simpoziumu başlayıb - FOTO
- 27 aprel, 2018
- 09:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş II Alman - Azərbaycan serebrovaskulyar simpoziumu başlayıb.
"Report" xəbər verir ki, tədbir Almaniyanın Köln Universitet Klinikasında həkim-radioloq kimi çalışan həmyerlimiz, tibb elmləri doktoru Nuran Abdullayevin təşəbbüsü ilə baş tutub.
Tədbirdən əvvəl simpozium iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər güllər düzülüb.
Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və uğrunda canından keçən şəhidləri yad ediblər. Həmçinin professor Nuran Abdullayevin əmisi, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Şövqiyar Abdullayevin xatirəsi anılıb.
Simpoziumu giriş sözü ilə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının elm və tədris işləri üzrə müavini Adil Nuriyev açıb.
II Alman - Azərbaycan Neyroradioloji simpoziuna Azərbaycandan professor Rəna Şirəliyeva, Almaniyadan professor Anastasios Mpotsaris həmsədrlik edir.
Simpoziumda Almaniyadan dəvət edilən mütəxəssislər dünyada ilk olraq bu sahədə etdikləri müalicə və diaqniostika metodlarında danışıblar.
Konfransda çıxış edən professor Nuran Abdullayev bildirilib ki, məqsəd bu sahənin gələcək inkişaf prespektivlərini simpozium iş.tirakçıları ilə birgə müzakirə etmək və sözü gedən sahənin Azərbaycanda inkişafına dəstək olmaqdan ibarətdir: "Biz interaktiv kurslar, plenar iclaslar və yüksək səviyyəli müzakirə platformalarının birləşməsi sayəsində böyük elmi tədbir təşkil etməyi planlaşdırırıq. Qafqazın iqtisadi cəhətdən sürətli inikişaf edən ölkəsi olan Azərbaycanda son illər tibbin müxtəlif sahələri də inkişaf edir. Belə simpoziumların keçirilməsi isə gələcəkdə tibbin bütün sahələrində inkişafa dəstək olacaq".
Konfransda çıxış edən ATU-nun Tədris Terapevtik Klinikasının nevroloqu Nuran Əmənullayev deyib ki, insultun qarşısını almaq mühüm məsələdir: "Dünyada ölümə səbəb olan xəstəliklər arasında insult ikinci yerdədir. Ürək xəstəlikləri insultu yaradır. Dünyada aparılan tədqiqatlar göstərir ki, 20 il ərzində insultun ölüm göstəricisi 19 faiz azalıb. Bununla belə, insult qlobal problemdir. İnsult qalıcı əlilliyə səbəb olur".
Simpozium sabah da davam edəcək.