Bakıda gənc qız qatar küləyinin təsiri nəticəsində yıxılaraq ölümcül xəsarət alıb

Hadisə
  • 15 fevral, 2018
  • 07:51
Bakıda gənc qız qatar küləyinin təsiri nəticəsində yıxılaraq ölümcül xəsarət alıb

Bakı. 15 fevral. REPORT.AZ/ Bakıda qatar küləyinin təsiri nəticəsində yıxılan gənc qız ağır xəsarət alıb. 

"Report" xəbər verir ki, Binəqədi rayonu ərazisində Şirvan-Bakı elektrik qatarı hərəkətdə olan zaman dəmiryolunun yaxınlığından keçən 20 yaşlı Qasımova İzarə İlqar qızı qatarın küləyinin təsirindən yıxılıb.

Yaralı kəllə-beyin xəsarəti və çanaq sümüyünün sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirirlib, vəziyyəti ağırdır.

Faktla bağlı hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

44 - Tezliklə