Bakıda evdə qadın meyiti tapılıb

Hadisə
  • 17 dekabr, 2015
  • 11:53
Bakıda evdə qadın meyiti tapılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Bakıda evdə qadın meyiti aşkar olunub. "Report" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda fərdi yaşayış evində 1951-ci il təvəllüdlü Srednovo Larisa Qriqoryevna bağlı qapı arxasında qalıb. Hadisə yerinə cəlb edilən xilasedicilər mənzilin qapısını açıb və adıçəkilən şəxsin cəsədini aşkar ediblər.

S.Larisanın cəsədi aidiyyəti üzrə təhvil verilib.