Bakıda ərini öldürən qadının şikayəti əsasında məhkəmə başlayıb
- 27 aprel, 2019
- 13:40
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Apellyasiya Məhkəməsində ərini öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Tünzalə Vəliyevanın barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası aprelin 30-na təyin edilib.
Qeyd edək ki, hadisə 2017-ci ilin noyabr ayında Sabunçu qəsəbəsinin Əbdülkərim Əlizadə küçəsində baş verib. Həmin ünvanda yaşayan T.Vəliyeva həyat yoldaşı Nazim Vəliyevlə ailə münaqişəsi zəminində balta ilə qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Vəliyeva 16 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan qadın apelyasiya şikayəti verib.
Xatırladaq ki, ər və arvadın birgə nikahından iki övladı var.