Paytaxtda dairəni gözləməyən taksi - "Toyota Prado" qəza törədib - VİDEO

Hadisə
  • 14 sentyabr, 2017
  • 04:26
Paytaxtda dairəni gözləməyən taksi - Toyota Prado qəza törədib - VİDEO
Foto: Report.az

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakıda yol hərəkəti qaydasını pozan taksi sürücüsü qəza törədib

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində, Ziya Bünyadov prospektində yerləşən körpünün altındakı dairədə yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, 20 Yanvar metrostansiyası istiqamətində hərəkətdə olan "Toyota Prado" markalı avtomobil (taksi) dairədə gözləməyərək öz yolu ilə gedən "Mercedes"ə çırpılıb.

Zərbənin təsirindən "Mercedes" yol kənarındakı səkiyə çırpılaraq dayanıb. Qəza zamanı avtomobillər deformasiyaya uğrasa da, xəsarət alan olmayıb. Hadisə yerində polis əməkdaşları olublar. Sürücülərin ifadələri alınıb.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

Araşdırmalar davam edir.

Paytaxtda dairəni gözləməyən taksi - "Toyota Prado" qəza törədib - VİDEO

44 - Tezliklə