Bakıda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Hadisə
  • 02 avqust, 2015
  • 12:04
Bakıda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib

Bakı. 2 avqust. REPORT.AZ/ Paytaxtın Suraxanı rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edilib. Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olan məlumata əsasən, nəzarətsiz ərazidə çimən bu şəxsi nazirliyin dalğıc-xilasediciləri xilas edib.