Pərviz Şahbazov: "Azərbaycan və Böyük Britaniya ticarət dövriyyəsini 67 % artırıb"
- 06 oktyabr, 2026
- 14:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Ötən il Azərbaycan və Böyük Britaniya arasında ticarət dövriyyəsi 67 % artıb.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Azərbaycan və Böyük Britaniya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-cı iclasında bildirib.
Onun sözlərinə görə, bu ilin birinci yarısında təxminən altı dəfə artaraq 3,6 milyard ABŞ dollarına çatıb: Bu dövrdə Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb".
Nazir qeyd edib ki, Böyük Britaniyanın Azərbaycana sərmayəsi 39 milyard dolları ötüb: "39 milyard ABŞ dollarından çox sərmayəsi ilə Böyük Britaniya Azərbaycanda ən böyük xarici investor olub. İkitərəfli ticarətimiz də güclü dinamika nümayiş etdirib. 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması ilə əsası qoyulan strateji enerji tərəfdaşlığımız ikitərəfli münasibətlərimizin əsas sütunlarından biri olaraq qalır".
P. Şahbazov vurğulayıb ki, birgə həyata keçirilən irimiqyaslı neft və qaz layihələri, o cümlədən Cənub Qaz Dəhlizi regional və Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfənin aydın təsdiqidir.