Bakıda 53 yaşlı piyadanı avtomobil vurdu

Hadisə
  • 04 iyul, 2020
  • 23:51
Bakıda 53 yaşlı piyadanı avtomobil vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

A.Bakıxanov qəsəbəsində 1967-ci il təvəllüdü Hüseynov Aslan Sabir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol budun əziyi diaqnozu qoyulub.