Bakıda 38 yaşlı kişi özünü bıçaqlayaraq intihar etmək istəyib

Hadisə
  • 23 may, 2017
  • 22:31
Bakıda 38 yaşlı kişi özünü bıçaqlayaraq intihar etmək istəyib

Bakı. 24 may. REPORT.AZ/ Bakının Binəqədi rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report" xəbər verir ki, 8-ci mikrorayon ərazisində 1979-cu il təvəllüdlü Ramil Hüseynov bədəninə bıçaq xəsarəti yetirərək özünü öldürmək istəyib. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

44 - Tezliklə