Bakıda 36 yaşlı şəxs restoranın qarşısında huşsuz vəziyyətdə aşkar edilib

Hadisə
  • 16 noyabr, 2019
  • 22:53
Bakıda 36 yaşlı şəxs restoranın qarşısında huşsuz vəziyyətdə aşkar edilib

Bakının Binəqədi rayonunda 36 yaşlı şəxs naməlum şəkildə xəsarət alıb.

“Report” xəbər verir ki, hadisə rayonun 7-ci mikrorayon ərazisində yerləşən Oğuzxan restoranın qarşısında qeydə alınıb.

1983-cü il təvəllüdlü Əsgərov Fuad Füzuli oğlu təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, yaralı huşsuz vəziyyətdə aşkar edilib. 

Ramin Şahbazov