Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Azərsu”nu məhkəməyə verib

Hadisə
  • 01 aprel, 2017
  • 12:54
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi “Azərsu”nu məhkəməyə verib
Courtesy İmage

Bakı. 1 aprel. REPORT.AZ/ Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRİB) Sabunçu Telefon Qovşağı “Azərsu” ASC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, Sabunçu Telefon Qovşağı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək 19 596 manat borcun silinməsini istəyib.

Məhkəmə qətnamə çıxararaq qovşağın iddia tələbini təmin edib. Həmin qərardan narazı qalan cavabdeh - “Azərsu” ASC apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas aprelin 4-nə təyin edilib. İşə hakim Elmira Nağıyevanın sədrliyi ilə baxılacaq.