Bakı metrosunda qatarda nasazlıq yaranıb

Hadisə
  • 14 yanvar, 2019
  • 10:04
Bakı metrosunda qatarda nasazlıq yaranıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Bu gün saat 13:50 radələrində "Bakı Metropolteni" QSC-nin “Sahil” stansiyasında qatarda texniki nasazlıq yaranlb. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, bununla bağlı sərnişinlər qatardan düşürülüb və qatar depoya göndərilib.