Bakı metrosunda cibgir saxlanılıb
Hadisə
- 14 aprel, 2018
- 11:19
Bakı. 14 aprel. REPORT.AZ/ Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının ayıq-sayıqlığı və operativliyi sayəsində ictimai nəqliyyatda cibgirlik edən şəxs cinayət başında yaxalanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Report”a verilən məlumata görə, aprelin 13-də saat 18:30 radələrində metronun “Nizami” stansiyasında qatarda sərnişinlərdən birinin cibindən pulunu oğurlayan şəxs orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Rəhim Qasımov olduğu müəyyən edilib. Vətəndaşın cibindən oğurlanmış 38 manat maddi sübut kimi götürülüb.
R.Qasımov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 2 ay müddətinə həbs olunub.
Son xəbərlər
10:39
"Azərişıq" Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır
Energetika10:37
Bakıda 3 uşaq bağçası BŞTİ-nin tabeliyinə verilib
Elm və təhsil10:35
ADY Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışının müddətini artırır
İnfrastruktur10:29
Ermənistan XİN-ə əlavə səlahiyyətlər veriləcək
Region10:27
Tərtərdə ev yanıb, ər-arvad ölüb
Hadisə10:24
Gəncədə kütləvi dava olub, bir nəfər ölüb - YENİLƏNİB
Hadisə10:18
Didye Deşam "Əl-Əhli" klubunu çalışdırmaqdan imtina edib
Futbol10:10
Rusiya Sumı, Zaporojye və Xerson vilayətlərinə zərbə endirib, 20 nəfər xəsarət alıb
Digər ölkələr10:09