Azərbaycanlının satıcı işlədiyi mağaza qarət olunub
Hadisə
- 11 may, 2015
- 15:57
Bakı. 11 may. REPORT.AZ/ Ötən gün səhər saatlarında Sankt-Peterburqun Kirov rayonunun Ulyanka qəsəbəsində ödəmə terminalından kobud şəkildə pul oğurluğu hadisəsi baş verib.
"Report" "Rosbalt"a istinadən xəbər verir ki, əldə edilən məlumatlara görə, zahirən qafqazlıları xatırladan iki kişi Veteranlar prospektində yerləşən mağazaya daxil olublar, oradakı terminalı açaraq pulları götürüblər və sakit şəkildə müəssisəni tərk ediblər.
Bununla belə, qarət zamanı mağazada 30 yaşlı azərbaycanlı satıcı olub. Cinayətkarlar ona heç bir məhəl qoymayıblar. Qarət nəticəsində dəyən ziyan hələ ki, məlum deyil.
Son xəbərlər
04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28
Britaniya Baş naziri növbədənkənar parlament seçkilərinin keçirilməsini istisna edib
Digər ölkələr02:57
Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb
Digər ölkələr02:32
Rusiya Ermənistandan balıq və süd məhsullarının idxalına qadağanı uzadıb
Region02:08
Xorvatiya - Sloveniya sərhədini keçməyə çalışan beş miqrant ölüb
Digər ölkələr01:34
Türkiyə və İran rəsmiləri ikitərəfli əlaqələri, regional prosesləri müzakirə edib
Region01:14